AZ

Rusiyanın 30 regionu zərbə altındadır “Putin strateji məğlubiyyətə uğrayıb...”

Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiya və Ukrayna arasında davam edən müharibə fonunda tərəflərin qarşılıqlı dron hücumları daha da intensivləşib. Son günlər baş verən hadisələr Kremlin vəziyyətə nəzarəti ilə bağlı sualları artırır.

Mayın 5-nə keçən gecə Rusiyanın Poltava vilayətinə endirdiyi zərbələr nəticəsində azı 5 nəfərin öldüyü, 30-dan çox insanın yaralandığı bildirilir. Eyni zamanda, Ukrayna ordusu da cavab olaraq Rusiyanın dərinliklərində yerləşən hədəflərə zərbələr endirib.

Məlumatlara görə, Ukrayna pilotsuz uçuş aparatları Leninqrad vilayəti ərazisində yerləşən iri neft emalı zavodlarından birini, həmçinin dronlara qarşı müdafiə sistemləri istehsal edən hərbi müəssisəni vurub. Bundan başqa, Çeboksarı şəhərindəki hərbi obyekt də hücuma məruz qalıb.

Media məlumatlarında qeyd olunur ki, may ayının əvvəlindən etibarən Rusiyanın təxminən 30 regionu Ukrayna dronlarının hücumuna məruz qalıb. Bu hücumlar cəbhə xəttindən xeyli uzaqda yerləşən əraziləri də əhatə edir. Daha əvvəl Kirişi şəhərində yerləşən neft infrastrukturu da vurulmuşdu.

Bu hadisələr fonunda Rusiya rəhbərliyi 8 və 9 may tarixləri üçün “atəşkəs” elan edib və Ukraynanı “Qələbə Günü” tədbirlərini pozacağı təqdirdə Kiyevin mərkəzinə zərbə endirməklə hədələyib.

Digər diqqətçəkən məqam isə Rusiya Prezidenti Vladimir Putin tərəfindən Hərbi-Kosmik Qüvvələrin komandanının dəyişdirilməsi olub. Bu qüvvələrin tərkibinə hava hücumundan müdafiə və raketdən müdafiə sistemləri daxildir.

Siyasi şərhçi Denis Qrekov mövcud vəziyyəti şərh edərkən bildirib ki, Kreml faktiki olaraq vəziyyətə tam nəzarəti itirdiyini nümayiş etdirir. Onun sözlərinə görə, Putin 9 mayla bağlı atəşkəs təşəbbüsündən əvvəl ABŞ Prezidenti Donald Tramp ilə əlaqə saxlayaraq dolayısı ilə dəstək axtarıb.

Politoloq qeyd edib ki, bu addım Rusiyanın strateji baxımdan uğursuzluğa düçar olduğunu göstərir: “Putin bu müharibəyə başlayaraq strateji məğlubiyyətə uğrayıb və bunu gizlətmək getdikcə çətinləşir”.

Onun fikrincə, hazırda Rusiya hakimiyyətində daxili gərginlik də artır. Qrekov vurğulayıb ki, müxtəlif səviyyəli məmurlara qarşı cinayət işlərinin sayının artması və daxili “təmizləmələr” sistem daxilində ziddiyyətlərin dərinləşdiyini göstərir.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
azpolitika.info

1Mənbələr