AZ

Azərbaycan Mərkəzi Bank neftin və qazın orta illik qiymətiüzrə proqnozlarını artım istiqamətində yeniləyib

"Cari əməliyyatlar balansı üzrə proqnozlara gəldikdə, 2026 və 2027-ci illərdə cari əməliyyatlar balansının müvafiq olaraq 5,5 milyard ABŞ dolları və 4,4 milyard ABŞ dolları həcmində profisitlə formalaşacağı proqnozlaşdırılır.

Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov bildirirb. 

Mərkəzi Bankın sədri əlavə edib ki, bunun əsas səbəbi, Mərkəzi Bank tərəfindən neftin orta illik qiyməti və qazın orta qiyməti üzrə proqnozların yuxarıya doğru revizə edilməsidir:

"2026-cı il üçün neftin orta illik qiymətinin 84,5 ABŞ dolları, 1 min kubmetr qazın qiymətinin isə 324 ABŞ dolları olacağı proqnozlaşdırılır. 2027-ci il üçün isə bu göstəricilərin müvafiq olaraq 74,5 ABŞ dolları və 290 ABŞ dolları səviyyəsində olacağı gözlənilir".

Bundan öncə, Azərbaycan Mərkəzi Bankı 2026-cı ildə dünya bazarında neftin 1 barelinin orta qiymətinin 64 dollar, təbii qazın 1 000 kubmetrinin orta qiymətinin 288 dollar dəyərində  olacağını gözləyirdi.

 

Seçilən
23
marja.az

1Mənbələr