AZ

Yelo Bank a sanksiya qoyulub? AMB sədrindən AÇIQLAMA

Unikal.az saytına istinadən ain.az xəbər verir.

“Yelo Bank”la bağlı hər hansı problem görmürük.

"Unikal" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O vurğulayıb ki, Avropa İttifaqının sanksiya paketinə “Yelo Bank”ın daxil edilməsi anlaşılmazlığın nəticəsidir:

"“Yelo Bank”ın Rusiya sisteminə qoşulması Rusiya-Ukrayna münaqişəsindən əvvələ təsadüf edib. O sistem də artıq bağlanıb. “Yelo Bank” həm likvidlik, həm də kapital adekvatlığı baxımından kifayət qədər dayanıqlıdır. Sadəcə bank tərəfindən ödənişlərdə hansısa çətinliklər ola bilər".

O qeyd edib ki, səbəbləri araşdırmaq üçün müvafiq instansiyalara müraciət ediləcək. “Ümid edirik ki, növbəti aylarda Aİ qərarını dəyişəcək. Çünki bunun üçün səbəb yoxdur” - AMB sədri əlavə edib.

Azərbaycanda strateji valyuta ehtiyatları mayın 1-nə 3,4 faiz və ya 2,9 mlrd. dollar artaraq 87,9 mlrd. dollara çatıb.

"Unikal" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

O bildirib ki, ölkəmizin strateji valyuta ehtiyatları 38 aylıq mal və xidmətlərin idxalına imkan verir.

“Strateji valyuta ehtiyatları geniş manat kütləsinin (M2) 3,7 dəfə üstələyir” - AMB sədri əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
13
unikal.az

10Mənbələr