AZ

Brent nefti qiyməti gerilədi

Beynəlxalq bazarlarda Brent neftinin bir bareli 108,53 dollara düşüb. Əvvəlki gün 114,44 dollara qədər yüksələn qiymət, günü 109,87 dollarla başa vurduqdan sonra bu gün təxminən 1,2% ucuzlaşıb. Eyni vaxtda WTI xam nefti 101,09 dollardan satılır.

Day.Az xəbər verir ki, qiymətlərin azalmasına ABŞ ilə İran arasında mümkün yekun razılaşma ilə bağlı artan nikbinlik təsir edib.

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında həyata keçirilən əməliyyatların müvəqqəti dayandırıldığını bildirib ki, bu da bölgədə gərginliyin azalması gözləntilərini gücləndirib.

Bununla yanaşı, Amerika Neft İnstitutu ABŞ-də xam neft ehtiyatlarının 8,1 milyon barel azaldığını açıqlayıb. Bu isə təklif çatışmazlığı narahatlıqlarını artıraraq qiymət enişini qismən məhdudlaşdırıb. Analitiklərə görə, bazarda 113 dollar müqavimət, 103,32 dollar isə dəstək səviyyəsi kimi izlənilir.

Seçilən
19
day.az

1Mənbələr