Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı güllələnib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnmiş halda aşkar edilib.
Xəstəxanaya yerləşdirilən iş adamı hazırda reanimasiyadadır.
Təhlükəsizlik qüvvələri hadisə ilə bağlı araşdırmalara başlayıb.