AZ

“CASPIAN FINANCE Bank Olmayan Kredit Təşkilatı” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb

“CASPIAN FINANCE Bank Olmayan Kredit Təşkilatı” MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Belə ki, “CASPIAN FINANCE BOKT” MMC-nin 2025-ci ildə cəmi gəlirləri 5 milyon 345 min 447 manat, cəmi xərcləri isə 3 milyon 738 min 837 manat təşkil edib. BOKT 2025-ci ili 1 milyon 606 min 610 manat mənfəətlə başa vurub. BOKT-nin mənfəəti əvvəlki ilə nisbətdə 3 dəfədən çox artmışdır. 

31.12.2025-ci il tarixində şirkətin cəmi kredit portfeli 14 milyon 159 min 462 manat, cəmi aktivləri isə 18 milyon 273 min 880 manata çatıb. BOKT-nin aktivləri əvvəlki ilə nisbətdə 2 dəfə artmışdır.

“CASPIAN FINANCE BOKT” MMC yarandığı tarixdən bugünədək büdcəyə 593 min 618 manat cəmi vergi ödəmişdir.

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş 25 Oktyabr 2023-cü il tarixli BKT-46 nömrəli lisenziya əsasında fəaliyyət göstərən “CASPIAN FINANCE BOKT” MMC, fəaliyyətə 14 Dekabr 2023-cü il tarixindən başlayıb.

“CASPIAN FINANCE Bank Olmayan Kredit Təşkilatı” MMC-nin 31 dekabr 2025-ci il tarixində bitən il üzrə maliyyə hesabatları

Caspian Finance BOKTCaspian Finance Bank olmayan kredit təşkilatıAzərbaycan BOKT sektorumaliyyə göstəriciləri 2025BOKT mənfəət artımıkredit portfeli Azərbaycan18 milyon aktivlər BOKT14 milyon kredit portfeli Azərbaycanbank olmayan kredit təşkilatı AzərbaycanAZ BOKT maliyyə nəticələriCaspian Finance MMCAzərbaycan Mərkəzi Bankı lisenziya BKT-46BOKT kredit şirkətləri Azərbaycanmaliyyə artımı 3 dəfəBOKT vergi ödənişləri Azərbaycankredit təşkilatı fəaliyyəti Azərbaycanbank olmayan maliyyə təşkilatlarıAzərbaycan kredit bazarı 2025maliyyə sektorunda artım AzərbaycanBOKT aktivlərinin artımıkiçik kredit təşkilatları Azərbaycan
Seçilən
54
marja.az

1Mənbələr