AZ

Barkola PSJ-dən ayrılacaq?

“Liverpul” yay transfer pəncərəsi öncəsi heyətini gücləndirməyi planlaşdırır. 

Apasport.az "TeamTalk" nəşrinə istinadən xəbər verir ki, baş məşqçi Arne Slot bir neçə mövqeyə yeni oyunçular cəlb etmək istəyir.

Klubun diqqət mərkəzində Bredli Barkola dayanır. Daha əvvəl “qırmızılar”ın Dezir Due və Xviça Xvaratskeliya ilə də maraqlandığı bildirilmişdi.

Fransalı vinger Paris klubunda kifayət qədər oyun şansı qazanmadığına görə, onun nümayəndələri futbolçu üçün yeni klub axtarışına başlayıb.

“Liverpul” isə bu transferdə ən ciddi namizədlərdən biri hesab olunur.

Qeyd edək ki, 23 yaşlı vinger bu mövsüm PSJ-nin heyətində meydana çıxdığı 44 rəsmi matçda 12 qol və 7 assistlə yadda qalıb.

Super Liqa klubunda yeni təyinat - RƏSMİ

Türkiyə Kuboku: İlk finalçı bəlli oldu

Hakan Safi “Fənərbaxça” prezidentliyinə namizədliyini açıqladı

“Fənərbaxça”da seçki yarışı qızışır: Aydınlar qərarını açıqladı

Fodenin taleyinə aydınlıq gəldi

Seçilən
49
1
apasport.az

2Mənbələr