AZ

Aldığım mebel çox keyfiyyətsiz hazırlanıb

Azpost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bu ilin yanvarında “Embavood” şirkətindən aldığım mətbəx mebeli keyfiyyətsiz hazırlanıb“.

Azpost.info bildirir ki, bu barədə tanınmış jurnalist Xanoğlan Əhmədov açıqlamasında deyib.

Onun sözlərinə görə, yanvarın 2-də “İnşaatçılar” metrosu yaxınlığında yerləşən şirkətə məxsus mağazadan giriş dolabı və mətbəx mebeli sifariş edib. Sifariş üzrə kredit “Embafinans” vasitəsilə onlayn rəsmiləşdirilib.

“Mebel quraşdırıldıqdan sonra məlum oldu ki, xüsusilə mətbəx mebeli çox  keyfiyyətsiz hazırlanıb. Eyni zamanda, quraşdırma işləri də lazımi səviyyədə həyata keçirilməyib. Bununla bağlı dəfələrlə sifarişi rəsmiləşdirən əməkdaşa müraciət etsəm də, problem həll olunmmış qalır”-deyə X.Əhmədov bildirir.

Onun sözlərinə görə, mövcud problemlər barədə məlumat verdikdən sonra ona kömək ediləcəyi vəd olunub: “Həqiqətən də ilkin olaraq ustalardan biri mənimlə əlaqə saxlayaraq qüsurların video görüntüsünü göndərməyimi xahiş etdi. Daha sonra başqa bir usta gəlib yerində baxış keçirdi. Bundan sonra məsələ ilə bağlı heç bir tədbir görülmədi”.

X.Əhmədov məsələnin həll üçün yenidən qaynar xəttə müraciət edib: “Uzun müddətdən sonra Seyran adlı əməkdaş mənimlə əlaqə saxladı, o da eyni şəkildə video material tələb etdi. Lakin bundan sonra da hər hansı real addım atılmadı. Əksinə, sonuncu dəfə “WhatsApp” vasitəsilə göndərilən səs mesajında əsassız olaraq məni günahlandıraraq guya mebelin istifadəçi tərəfindən ehtiyatsızlıq üzündən zədələndiyi iddia olundu”.

Jurnalist deyir ki, bu iddia tamamilə əsassızdır: “Əgər mebelin aşağı hissəsində hər hansı nəmişlik ehtimalı irəli sürülürsə, bəs yuxarı hissələrdəki qüsurlar, silikon işləmələrinin keyfiyyətsizliyi necə izah olunur? Məntiqsiz ittihamlarla məsuliyyətdən yayınmaq cəhdləri qəbuledilməzdir”.

X.Əhmədov deyib ki, uzun illər müştərisi olduğu bir şirkətin bu cür laqeyd və hörmətsiz münasibəti doğru deyil: “Qeyd olunan qüsurlar şirkət tərəfindən aradan qaldırılmasa məhkəməyə müraciət etmək məcburiyyətində qalacağam”.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
azpost.info

1Mənbələr