Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Yaponiyanın lüks simvolu sayılan "Toyota Century" modeli ağlasığmaz qiymətə satışa çıxarılıb. Bu avtomobil illər keçsə də, öz ehtişamını və keyfiyyətini qoruyub saxlamağı bacarıb.Demokrat.az xəbər verir ki, ABŞ-nin "Bring a Trailer" onlayn hərrac platformasında 1997-ci il istehsalı olan ikinci nəsil "Toyota Century" satışa təqdim edilib. Nadir tapılan V12 mühərrikli bu sedan cəmi 43 min kilometr yol qət edib. Hərracın bitməsinə cəmi üç gün qalsa da, hazırda təklif olunan qiymət cəmi 16,7 min dollar (təxminən 28 min manat) təşkil edir.İkinci nəsil "Century" modelləri 1997-2017-ci illər arasında istehsal olunub və bu seriya markanın tarixində yeganə V12 mühərrikli model kimi yadda qalıb. 5 litrlik atmosfer mühərriki 280 at gücü hasil edir və 4 pilləli avtomat sürət qutusu ilə çalışır. Arxa ötürücülü olan bu lüks avtomobil qara rəngdədir, salonu isə boz yun materialla işlənib.Həmçinin oxu:
Bu 5 maşın modelini alan usta yanından çıxmır
16 minə də satılır, 32 minə də — Hansı real qiymətdir?
Rusiyada yeni avtomobil markası yaradıldıAvtomobilin təchizatı müasir modellərdən geri qalmır. Pnevmatik asqı sistemi, arxa oturacaqların isidilməsi və masaj funksiyası, qapıların "vakuum" sistemi və xüsusi pərdələr sərnişinlərin rahatlığını təmin edir. Yapon ənənəsinə sadiq qalaraq, oturacaqlar krujeva örtüklərlə bəzədilib, avtomobilin komplektinə isə orijinal "Sony Walkman" pleyeri daxildir.Maraqlıdır ki, bu modelin cəmi 10 min nüsxəsi istehsal edilib və onlardan yalnız 100-ə yaxını zavod tərəfindən sol sükanla hazırlanıb. ABŞ-də satışa çıxarılan bu model isə sağ sükanlıdır və fərdi qaydada ölkəyə gətirilib. Sahibi son dörd ildə avtomobilin kuzovunu keramik örtüklə yeniləyib, asqı sistemini təmir etdirib və bütün texniki qulluq işlərini vaxtında yerinə yetirib.Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.