AZ

Rusiya Azərbaycan üzərindən Ermənistana daha 10 vaqon yük göndərdi



Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə əlavə olaraq 4 vaqondan ibarət, çəkisi 272 ton olan gübrə və 6 vaqondan ibarət, çəkisi 420 ton olan taxıl yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar çərçivəsində 25 min tondan çox taxıl, 3000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.

Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton “Aİ-92” benzini və 2955 ton “Aİ-95” benzini ixrac olunub.

ZÜMRÜD

Seçilən
9
49
baki-xeber.com

10Mənbələr