AZ

Onlayn mərc oyunları ödənişləri - "Aptek" adı ilə alırlar - AMB sədri 

"Azərbaycandan qanunsuz mərc oyunlarının qarşısını üçün alınması kifayət qədər uzun müddətdir ki, tələbimiz var. Yəni bu gün siz Azərbaycan kartı ilə hər hansı rəsmi, onlayn mərc, qumar oyunlarında ödəniş edə bilərsiniz".

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, qeyri-rəsmi oyunlarda iştirakı banklar yalnız daxili qaydalarla müəyyən edə bilirlər:

"Çünki onlayn kazino, mərc oyunlarının öz kodları olur. Bu kodlar Azərbaycanda bağlıdır. Yəni siz o koda ödəniş edə bilməzsiniz. Amma bəzi sistemlər - kazino, onlayn mərc oyunları var ki, məslən aptek kodundan istifadə edirlər. Əslində isə onun arxasında kazino dayanır, bunu bank görmür".

"Bank görür ki, X adlı bir şəxs 20-30 manat harasa ödəyir, bank başlayır bunu təhlil etməyə, bu bir az vaxt tələb edir. Biz sözsüz ki, banklardan tələb edirik ki, onların öz daxili qaydaları olmalıdır. Yəni müştəri davranışı əsasında bunu müəyyən etmək lazımdır ki, bu, vergidən yayınmadır, çirkli pulların yuyulmasıdır, yoxsa mərc oyunlarıdır - bank bunları müəyyən etməlidir, amma bu mürəkkəb prosesdir"-deyə Taleh Kazımov bildirib.

Seçilən
39
14
fed.az

10Mənbələr