AZ

Cavanşir Feyziyevin 22 əmlakı və bank hesabı donduruldu

ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

İngiltərə Ali Məhkəməsinin Milli Cinayət Agentliyinin iddası əsasında millət vəkili Cavanşir Feyziyevin dondurulmuş əmlakları ilə bağlı məhkəmə qərarını əldə etmişəm.

Axar.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli qeyd edib.

O bildirib ki, qərarda təkcə Londondakı “dondurulan” 22 əmlakdan söhbət getmir, Milli Məclis deputatının cırtdan dövlət sayılan Lixtenşteyndə yerləşən LGT bank hesabındakı vəsait də bloklanıb. Söhbət bir neçə milyon İsveçrə frankından gedir:

“Bank hesabı hər hansı şirkətin və digər şəxsin yox, şəxsən Cavanşir Feyziyevin adınadır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
axar.az

2Mənbələr