Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Tovuz Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, H.Vəliyevə qarşı əmlakın məhv edilməsi ilə bağlı ittiham ləğv olunub. O, xuliqanlıqda təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, H.Vəliyev bir il əvvəl həbs olunmuşdu.
"Cebheinfo.az"