JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Landscape 1

Bakıda cəzaçəkmə müəssisəsində məhkum kamera yoldaşını qətlə yetirib.

Hadisə bir neçə ay əvvəl Xətai rayonunda yerləşən 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Daha əvvəl haqqında məlumat yayılmayan qətllə bağlı məhkəmə prosesi bu gün başlayıb.

İş materiallarında yazılıb ki, məhkumlar Nurullah Əkbərli və Xəqani Şükürov arasında dört divar arasında başlayan mübahisə qanla bitib. Nəticədə N.Əkbərli qeyri-qanuni yolla “içəri” keçirdiyi kəsici alətlə X.Şükürovu qətlə yetirib.

Bu əməlinə görə ona həm qəsdən adam öldürmə, həm də cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşya saxlama maddələri ilə yekun ittiham verilib. Təqsiri sübuta yetirilsə, Nurullah ən azı əlavə 9 il həbsdə qalacaq. (Qafqazinfo)

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX