AZ

Beynəlxalq aviaşirkətlər may ayında 13 min reysi ləğv edib

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 6 may, AZƏRTAC

Beynəlxalq aviaşirkətlər may ayında bütün dünya üzrə 13 min reysi ləğv edib və bu qlobal hava səyahəti tutumunun təxminən 2 faiz azalmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, “The Guardian” qəzeti bu barədə aviasiya sahəsi üzrə ixtisaslaşan “Cirium” analitika şirkətinə istinadla məlumat yayıb. Məlumata görə, Yaxın Şərqdəki münaqişə fonunda reaktiv yanacağın qiymətinin kəskin bahalaşması səbəbindən bu ay aviaşirkətlər 2 milyon az sərnişinə xidmət göstərəcək.

Uçuş sayında ən böyük ixtisarlar İstanbul və Münhendə qeydə alınıb. Almaniyanın “Lufthansa” aviaşirkətinin törəməsi olan “CityLine” 20 min qısaməsafəli uçuşu ləğv etdiyini açıqlayıb.

ABŞ və İsrailin İrana qarşı əməliyyatından və Hörmüz boğazının bağlanmasından bəri aviasiya yanacağının qiymətində iki dəfədən çox artım qeydə alınıb.

Bir müddət öncə Beynəlxalq Enerji Agentliyi Avropanın yalnız may ayının sonunadək kifayət qədər aviasiya yanacaq ehtiyatına malik olduğunu bildirmişdi.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
5
azertag.az

6Mənbələr