AZ

Dəmir yolundan istifadə edən sərnişinlərə ŞAD XƏBƏR – Yaxın günlərdə…

Ötən ildən etibarən "Azərbaycan Dəmir Yolları" QSC Abşeron dairəvi dəmiryol xəttinin üzərində yerləşəcək "Dərnəgül" dayanacağının tikinti işləri başlayıb.

İşlərin bu ilin I rübündə bitməsi planlaşdırılırdı. 

Bəs sözügedən tikinti işləri hazırda nə yerdədir? Dayanacaq sərnişinlərin istifadəsinə nə vaxt veriləcək?

Bizim.Media
mövzuyla əlaqədar ADY-ə sorğu ünvanlayıb.

Qurumun mətbuat katibi Bəxtiyar Hacıyev bildirib ki, Dərnəgül dayanacağı  yaxın günlərdə sərnişinlərin istifadəsinə veriləcək. Açılışın dəqiq günü ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Nəzrin Mirzəyeva, Bizim.Media

Seçilən
18
2
bizim.media

3Mənbələr