AZ

Rusiyada taxta evlərə tələbat artır - SƏBƏB

Rusiyada şəhərətrafı daşınmaz əmlak bazarında taxta evlər üstünlük təşkil edir.

Day.Az xəbər verir ki, Cian analitiklərinin araşdırmasına görə, əməliyyatların 38%-i taxta evlərin payına düşür, kərpic evlər isə 21% ilə ikinci yerdədir.

Digər tikinti materialları (beton, blok və s.) bazarda daha az paya malikdir.

Mütəxəssislərin fikrincə, taxta evlərin populyarlığı onların daha ucuz olması və ölkədə xammalın bol olması ilə bağlıdır. Orta hesabla taxta evlərdə kvadrat metr 65 min rubl olduğu halda, kərpic evlərdə bu göstərici 81 min rubla çatır. Leninqrad vilayəti və İrkutsk vilayəti kimi meşəlik bölgələrdə taxta evlərin payı 50%-dən çoxdur.

Bununla yanaşı, Stavropol diyarı və Rostov vilayəti kimi ərazilərdə kərpic evlər daha çox yayılıb.

Ekspertlər qeyd edir ki, regionların iqlimi, resurs bazası və gəlir səviyyəsi tikinti materialı seçimində əsas rol oynayır.

Seçilən
13
day.az

1Mənbələr