Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir.
Publika.az xəbər verir ki, Birbank-ın 1 may-16 iyun tarixlərini əhatə edən yeni kampaniyası çərçivəsində onlayn nağd kredit rəsmiləşdirən hər kəs bonus qazanmaq şansına sahibdir.
Bank filialına gedərək vaxt itirməyin – həm pulunuzu, həm də bonusunuzu elə smartfonunuzdan əldə edin.
Kampaniya şərtləri olduqca sadədir. Bankdan onlayn kredit rəsmiləşdirən hər 5000-ci müştəri 1000 bonus, hər 500-cü müştəri 100 bonus, hər 50-ci müştəri isə 50 bonus qazanır.
Kampaniyaya qoşulmaq üçün heç bir yerə getmədən, sadəcə Birbank mobil tətbiqi və ya birbank.az saytı vasitəsilə nağd kredit rəsmiləşdirmək yetərlidir.