AZ

BDU İtaliyada keçirilən Avropa Universitetləri Sammitində təmsil olunur

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 may, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) nümayəndə heyəti “Times Higher Education” (THE) reytinq təşkilatı tərəfindən İtaliyanın Milan şəhərində keçirilən Avropa Universitetləri Sammitində iştirak edir.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Liderlik üçün birləşək: Avropanın ali təhsildə qlobal rolunun yüksəldilməsi” devizi ilə keçirilən beynəlxalq tədbir ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, innovativ yanaşmaların müzakirəsi və universitetlər arasında tərəfdaşlıqların gücləndirilməsi məqsədi daşıyır.

BDU-nun təmsil edən universitet rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov və rektorun katibliyinin referenti Asif Əliyev tədbir çərçivəsində müxtəlif panel müzakirələrində iştirak edir, qabaqcıl beynəlxalq təcrübə ilə tanış olur, sammit iştirakçılarını BDU-nun təhsil və idarəetmə sahəsində nailiyyətləri barədə məlumatlandırırlar.

Avropa Universitetləri Sammiti çərçivəsində ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması, təhsildə keyfiyyətin təminatı, rəqəmsal transformasiya və dayanıqlı inkişaf kimi aktual mövzular müzakirə olunur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
azertag.az

1Mənbələr