AZ

Sosial şəbəkədə saxta adla hesab açmağın nəticəsi ilə bağlı BİLMƏDİKLƏRİNİZ

Sosial şəbəkələrin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi ilə paralel olaraq saxta adlar və anonim profillərdən sui-istifadə halları da artmaqdadır. Müxtəlif ölkələr bu problemin qarşısını almaq üçün fərqli hüquqi və texnoloji yanaşmalar tətbiq edir. Aşağıdakı nümunələr sosial şəbəkələrdə saxta identikliklə mübarizə sahəsində beynəlxalq təcrübəni əks etdirir.
Almaniyada "NetzDG" qanunu çərçivəsində saxta hesablar vasitəsilə nifrət nitqi yayan platformalar məzmunu silmədikdə 50 milyon avroya qədər cərimələnir. Fransada isə rəqəmsal manipulyasiyaya görə fərdlər 75 min avro cərimə və ya 1 ilə qədər həbs cəzası ala bilərlər. ABŞ-da şəxsiyyət oğurluğu (impersonation) federal cinayət hesab olunur və zərərçəkmişə dəyən ziyandan asılı olaraq ağır pul cərimələri və ya həbslə nəticələnir.
Türkiyədə 2022-ci ildə qəbul edilmiş "Dezinformasiya qanunu"na əsasən, saxta adlarla xalq arasında qorxu və təşviş yaradan məlumat yayanlar 1 ildən 3 ilə qədər həbs edilə bilər. Rusiyada anonimlik qaydalarını pozan və saxta xəbər yayan fərdlər üçün 300 min rubladək, hüquqi şəxslər üçün isə 1,5 milyon rubladək cərimə tətbiq olunur. Çində isə real adla qeydiyyatdan keçməyənlərin hesabı dərhal bağlanır və bu şəxslər "sosial kredit" sistemində qara siyahıya düşərək bir çox dövlət xidmətindən məhrum edilirlər.
Azərbaycan bu sahədə həm hüquqi tənzimləmə, həm də texnoloji tətbiq baxımından dünya miqyasında ən uğurlu modellərdən birini nümayiş etdirir. Ölkəmizdə rəqəmsal mühitdə vətəndaşların şərəf və ləyaqətinin qorunması dövlət siyasətinin prioritetidir. Milli qanunvericiliyimiz saxta profillər arxasında gizlənən cinayətkarların ifşası üçün mükəmməl mexanizmlərə malikdir. Bu, internet məkanımızı daha şəffaf və etibarlı edir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, internetdə saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə 1000 manatdan 2000 manatadək cərimə, 360 saatdan 480 saatadək ictimai işlər, 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Bu sərt və ədalətli tənzimləmə onlayn məkanda məsuliyyətsizliyin qarşısını qətiyyətlə alır.
Nəsimi Ələsgərli
 
Seçilən
16
day.az

1Mənbələr