Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya Müdafiə Nazirliyi tərəfindən yaradılan “Rusiya Afrika Korpusu”, Malidə son 10 gün ərzində 3 şəhəri tərk etməli olub. Bu korpus Malidə Prezident Assimi Qoytanın xuntasını müdafiə edir.
“AzPolitika” xəbər verir ki, hakimiyyətə qarşı üsyana qalxan cihadçı qüvvələrlə bacarmadığı üçün “Rusiya Afrika Korpusu” bir-bir şəhərlərdən qaçır.
Bu barədə "Le Monde" qəzeti Fransa ordusu və üsyançı qüvvələrə aid mənbələrə istinadla yazıb ki, Rusiya qüvvələri və Mali ordusunun əsgərləri Aquelhok şəhərindəki bazalarından geri çəkilməyə başlayıblar. Bu, Tuareq üsyançılarının və “Əl-Qaidə”nin yerli qolu olan JNIM cihadçılarının birgə böyük hücumundan sonra Rusiya qoşunları tərəfindən tərk edilən üçüncü şəhərdir. 26 apreldə ruslar Kidal şəhərini təslim edib, 1 mayda isə strateji əhəmiyyətli Tessalitdən geri çəkilib. “Le Monde” qəzetinin məlumatına görə, mayın 4-də Tessalitdən çıxarılan kontingentə qoşulmaq üçün Aquelhok bazasından ən azı 30 nəqliyyat vasitəsi yola düşüb.
Rusiya hakimiyyəti “Rusiya Afrika Korpusu”nun üsyançıların hücumlarını dayandırdığını iddia etsə də, faktiki olaraq onların qarşısından geri çəkilməkdə davam edir. Hətta, son məlumatlara görə, rus qoşunlarının bir hissəsi Aquelhokda mühasirəyə düşüb.
Assimi Qoyta Malidə 2020 və 2021-ci illərdə baş verən iki hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib. Malinin beş illik keçid dövrü üçün müvəqqəti prezidenti olduqdan sonra o, keçid dövrünü qeyri-müəyyən müddətə uzadıb və Rusiya ilə fəal əməkdaşlıq etməyə başlayıb.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.