AZ

“Real”ın ulduzuna 90 milyonluq TƏKLİF

"Real Madrid” klubunun yarımmüdafiəçisi Orelyen Çuameni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Aktual.az milli.az-a istinadən xəbər verir ki, fransalı futbolçu "Mançester Siti” klubunun maraq dairəsinə düşüb. Bildirilir ki, İngiltərə təmsilçisi futbolçunun transferi üçün Madrid klubuna 90 milyon avro ödəməyə hazırdır.

Məlumata görə, komandanın baş məşqçisi Pep Qvardiola Çuamenini taktiki baxımdan öz sisteminə uyğun ideal yarımmüdafiəçi hesab edir. "Real Madrid” futbolçunu yüksək qiymətləndirsə də, böyük məbləğli təklif klub rəhbərliyinin qərarına təsir edə bilər.

Xatırladaq ki, Orélien Çuameni 2022-ci ildə "Monako”dan 80 milyon avro qarşılığında "Real Madrid”ə transfer olunub. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Futbolçu cari mövsümdə Madrid təmsilçisinin heyətində 46 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.

Seçilən
11
2
ulusum.az

10Mənbələr