Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Türkiyəyə səfər edib.
Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Komitə sədri Kilis şəhərində 7–9 may tarixlərində keçiriləcək “İslam Mədəniyyətində Birgəyaşayış Təcrübəsi” mövzusunda 4-cü Beynəlxalq Simpoziumda iştirak edəcək.
Səfərin mayın 10-da başa çatacağı bildirilir.