Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“İnsan emosional vəziyyətdə olduqda, çox vaxt hiss etdiyi anın tam doğru olduğunu düşünür.
Lakin bu zaman yaranan avtomatik düşüncələr həmişə reallığı düzgün əks etdirməyə bilər və nəticədə ətrafdakı münasibətlər yanlış qavranıla bilər”.
“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov deyib. Həkim bildirib ki, belə hallarda empati hissinin zəifləməsi münasibətlərdə gərginlik yaradır:

“Bəzən pasiyent növbədə gözləmə prosesini şəxsi münasibət kimi qəbul edir və bu, onda əsəbilik və aqressiya formalaşdırır. Halbuki həkim də zaman məhdudiyyəti olan, eyni zamanda insan faktoru daşıyan bir peşənin sahibidir və onun da emosional vəziyyəti var.
Qarşılıqlı aqressiya isə sağlam nəticənin əldə olunmasını çətinləşdirir. Aqressiv mühit yarandıqda artıq düzgün nəticəyə gəlmək daha da mürəkkəbləşir. Emosional vəziyyətdə verilən qərarlar çox vaxt obyektiv olmur və bu da mövcud vəziyyəti daha da ağırlaşdıra bilər.
Ünsiyyətin pozulması isə müalicə prosesinə birbaşa təsir göstərir”. O vurğulayıb kı, dialoqun itməsi səhiyyə prosesinin əsas mərhələlərindən birini zəiflədir:
“Çünki pasiyentin şikayətlərini düzgün ifadə etməsi həkim üçün düzgün anamnez toplanması və doğru istiqamətdə addım atılması baxımından vacibdir. Eyni zamanda, pasiyentin yaşadığı psixoloji gərginlik onun davranışlarına da təsir edir.
Stress altında olan insanlarda aqressiv davranışlar daha çox müşahidə oluna bilər. Bu kimi hallarda həkimin əsas yanaşmalarından biri empatiya göstərmək və vəziyyəti daha sakit müstəviyə yönləndirməkdir”.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.