AZ

Süni intellektlə bağlı xəbərdalıq: Şəxsi təhlükəsizliyi rəqəmsal müstəviyə daşıya bilər KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Süni intellekt sistemlərinə qarşı yönələn kiberhücumlar rəqəmsal dünyanın yeni reallığı ola bilər və bu vəziyyət istifadəçilərdən daha diqqətli olmağı tələb edir. Əgər bir platformaya hücum olunarsa, orada paylaşılan məlumatların təhlükə altına düşməsi ehtimalı yarana bilər, lakin bu riskləri fərdi davranışlarla minimuma endirmək mümkündür”.

KONKRET.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov deyib.

Onun sözlərinə görə, proqramdan istifadə edərkən əsas qayda odur ki, bura heç vaxt tam məxfi qalan məlumatları, bank detallarını və ya şəxsi həyatın toxunulmazlığına aid olan incə detallar daxil edilməməlidir: “Süni intellekt alətləri ilə sanki ictimai bir yerdə söhbət edirmiş kimi davranmaq həm məlumat sızması riskindən qoruya bilər, həm də şəxsi təhlükəsizliyi rəqəmsal müstəviyə daşıya bilər. Təhlükəsizliyi təmin etmək üçün ilk növbədə hesablarda güclü parollardan və iki-faktorlu identifikasiyadan (2FA) istifadə edilməsi vacib addım ola bilər. Bir çox istifadəçinin məlumatlarının təhlükə altında olması fikri isə daha çox ehtiyat tədbirlərinin görülməsi üçün bir xəbərdarlıq kimi qəbul edilə bilər, çünki bu cür platformalar hər gün minlərlə kiberhücumun qarşısını ala bilən güclü müdafiə sistemlərinə malikdirlər. Şəxsi məlumatları qorumaq üçün vaxtaşırı olaraq tətbiq daxilindəki söhbət keçmişini silmək və ya “təlim üçün məlumatlardan istifadə” seçimini bağlamaq kimi texniki tənzimləmələr istifadəçinin rəqəmsal izini əhəmiyyətli dərəcədə azalda bilər”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
2
konkret.az

3Mənbələr