AZ

Azərbaycanda klub prezidenti vəbaş məşqçiyə ağır cəza verildi!

AFFA İntizam Komitəsi "Sumqayıt"ın prezidenti Riad Rəfiyev və komandanın baş məşqçisi Saşa İliçi cəzalandırıb.

Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, qərarlar komitənin bugünkü iclasından sonra açıqlanıb.

Misli Premyer Liqasında 30-cu turun “Kəpəz” – “Sumqayıt” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub5000 manat cərimə edillib

Oyun bitdikdən sonra “Sumqayıt”ın prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyunluq cəzalandırılıb, klub 5000 manat cərimə edilib.

Seçilən
32
sportinfo.az

1Mənbələr