AZ

Tramp: Tehran razılığa gəlsə, Hörmüz boğazı hamı üçün açılacaq

Xalqcebhesi saytından alınan məlumata görə, ain.az bildirir.

Tehran Vaşinqtonla sazişə razılıq verəcəyi təqdirdə, Birləşmiş Ştatlar "Epik Qəzəb" əməliyyatını başa çatdıracaq və Hörmüz boğazını "İran da daxil olmaqla hamı üçün" açacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə ABŞ prezidenti Donald Tramp çıxış edib.

Tramp "Truth Social" şəbəkəsində yazıb:

"Əgər İranın bizim razılaşdığımız şərtləri yerinə yetirməyə razı olacağını fərz etsək — hansı ki, bu, bəlkə də sadəcə bir fərziyyədir — artıq əfsanəyə çevrilmiş 'Epik Qəzəb' əməliyyatı başa çatacaq və yüksək səmərəli blokada Hörmüz boğazını İran da daxil olmaqla hamı üçün açıq edəcək".

Məryəm Quliyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
icma.az

2Mənbələr