AZ

Həkimlər 2 yaşlı uşağın burnundan sancaq çıxardılar - FOTO

Moskvada həkimlər 2 yaşlı oğlan uşağının burnundan sancaq çıxarıblar.

Bizim.Media xəbər verir ki, bu barədə paytaxtın Səhiyyə Departamenti məlumat yayıb.
 

Hadisə evdə baş verib. Valideynlər əvvəlcə yad cismi uşağın burnundan özləri çıxarmağa çalışıblar. Lakin vəziyyət daha da ağırlaşıb: sancaq açılıb və qanaxmaya səbəb olub.


Uşağın burnundakı sancağın dəqiq yeri xəstəxananın qəbul şöbəsində müəyyən edilib. Bundan sonra həkimlər yad cismi təhlükəsiz şəkildə çıxarıblar.

Hazırda uşağın sağlamlığı üçün təhlükə olmadığı bildirilir.



Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr