AZ

“Neftçi”nin yarımmüdafiəçisi: “Avropa şansımız kifayət qədər realdır”

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Yaxşı oyun alındı. Çətin olacağını bilirdik. Çox çalışdıq və qalib gəldik”.

İdman.Biz sportnet.az-a istinadən xəbər verir ki, bu barədə “Neftçi”nin futbolçusu İfeanyi Metyu səfərdə “Karvan-Yevlax”ı 3:0 hesabı ilə məğlub etdikləri Misli Premyer Liqasının 30-cu tur matçından sonra deyib.

Nigeriyalı yarımmüdafiəçi son 3 görüşdə UEFA Konfrans Liqasına vəsiqə uğrunda mübarizəni davam etdirəcəklərini bildirib. 29 yaşlı oyunçunun fikrincə, komandasının avrokubok şansları kifayət qədər realdır.

Metyu gələn mövsüm də ”Neftçi”də qalıb-qalmayacağını hələ bilmədiyini söyləyib: “Bu, sevdiyim klubdur, buradakı insanlarla münasibətim çox yaxşıdır. Mövsüm bitsin, agentimlə müzakirə edəcəyik”.

Qeyd edək ki, İfeanyu Metyu 2025-ci ilin sentyabrında “Neftçi”yə 1 illik müqavilə əsasında transfer olub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
icma.az

1Mənbələr