AZ

Bloger özünü döyüb ərini günahlandırdı - Maraqlı OLAY

Türkiyənin Kocaeli vilayətinin Darıca rayonunda bir qadın bloger TikTok-da canlı yayım zamanı həyat yoldaşı tərəfindən döyüldüyünü iddia edib.

Redaktor.az xəbər verir ki, hadisə sosial şəbəkələrdə sürətlə yayılıb və polis dərhal araşdırmaya başlayıb. Lakin yoxlamalar zamanı qadında zorakılıq izləri aşkar edilməyib.

İstintaq nəticəsində məlum olub ki, bloger daha çox baxış və izləyici qazanmaq məqsədilə xəsarətləri özünün törətdiyini etiraf edib.

Qadın saxta məlumat yaydığı üçün saxlanılıb və sonradan Gebze məhkəməsinə göndərilib. Onun barəsində hüquqi araşdırma aparılır.

NURİYYƏ

Seçilən
25
redaktor.az

1Mənbələr