İki yaşlı uşağın burnundan açıq vəziyyətdə sancaq çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Moskva Şəhər Səhiyyə Departamenti məlumat yayıb.
Paytaxtda iki yaşlı uşağın burnuna saldığı sancaq cərrahi yolla çıxarılıb. Valideynlər əvvəlcə əşyanı özləri çıxarmağa çalışsalar da, vəziyyət daha da ağırlaşıb.
Burnun içində açılan sancaq qanaxmaya səbəb olub.
Uşaq təcili tibbi yardım şöbəsinə çatdırılıb və həkimlər sancağın dəqiq yerini müəyyən edərək uğurlu əməliyyatla onu çıxarıblar.
Hazırda uşağın səhhətində hər hansı təhlükə yoxdur.

Xuraman Etibarlı
İnterpress.az