AZ

YAP Nərimanov rayon təşkilatı “Böyük zəfərin memarı” adlı tədbir keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə “Böyük zəfərin memarı” adlı tədbir təşkil olunub.

"Unikal" xəbər verir ki, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışov, kollecin müəllim heyəti və tələbələrin iştirak etdiyi tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib

Sənaye və Texnologiya Kollecinin direktoru Nasim Abışov giriş sözü ilə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadi və sosial inkişafında, xüsusilə təhsil və sənaye sahələrinin formalaşdırılmasında misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev çıxış edərək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Bildirib ki, Ulu Öndərin bütün fəaliyyətinin əsasında xalqımızın parlaq gələcəyi, qüdrətli bir dövlət kimi Azərbaycanın müstəqilliyinin təmin edilməsi dayanıb. Bu gün müstəqil Azərbaycanın Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla, yeni zəfərlərlə addımladığını diqqətə çatdırıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva və çıxış edən digər natiqlər Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən, gənclərə göstərdiyi diqqət və qayğıdan, milli-mənəvi dəyərlərin qorunmasında oynadığı roldan danışıblar. Vurğulanıb ki, Ulu Öndərin ideyaları müasir Azərbaycanın inkişafının əsasını təşkil edir və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyət daşıyır.

Sonra Yeni Azərbaycan Partiyasına yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim olun

Seçilən
5
2
unikal.az

3Mənbələr