Rəqəmsal mühitdə şəxsi brendin formalaşdırılması, düzgün mövqe seçimi və uğurlu əməkdaşlıq modelləri müzakirə olunacaq.II Panel: Əyləncə və Yumor
Kontent yaradılmasında kreativ yanaşma, auditoriya ilə emosional bağın qurulması və yumorun təsir gücü ətrafında fikir mübadiləsi aparılacaq.III Panel: Gözəllik və Sağlamlıq
Gözəllik trendləri, sağlam həyat tərzi və bu sahələrin media kontentində əksi diqqət mərkəzində olacaq.IV Panel: Həyat Tərzi və Səyahət
Lifestyle kontentin yaradılması, gündəlik həyatın təqdimatı və səyahət təcrübələrinin paylaşılması mövzuları müzakirə ediləcək.V Panel: İnsan və Mədəniyyət
Cəmiyyətlə ünsiyyət, mədəni dəyərlərin təbliği və sosial təsir imkanları üzrə çıxışlar baş tutacaq.VI Panel: Mətbəx və Yemək
Qida kontenti, kulinariya trendləri sahəsində yeniliklərə dair müzakirələr aparılacaq.Tədbir yalnız çıxışlardan ibarət deyil, həm də interaktiv panel müzakirələri, sual-cavab sessiyaları və real təcrübə paylaşımları ilə yadda qalacaq. Qeyd edək ki, forum üçün əldə olunan biletlər iştirakçılara Milli Marketinq Forumunda da iştirak imkanı yaradır. Eyni məkanda və eyni gündə keçiriləcək hər iki tədbir iştirakçılara həm marketinq dünyasının peşəkar tərəfini, həm də rəqəmsal kontent və influenser ekosistemini bir arada kəşf etmək fürsəti təqdim edəcək.
Biletləri əldə etmək üçün bifbaku.azsaytına daxil ola bilərsiniz.