AZ

Emil pis vərdişə görə vəfat etməyib, bunu sübut edərəm

ain.az bildirir, Axsham.az portalına istinadən.

"Dünyasını dəyişib, amma bunu ilk dəfədir deyirəm. O tərbiyənin sahibi deyiləm, övladlarım tərbiyəsiz olsun. Onu evləndirəndən sonra evi, işi ayrı idi. Toylara gedirdi, pullar qazanırdı, verilişlərə çəkilirdi. O dövrdə nə olubsa, olub. Mən verdiyim tərbiyə dövründə heç nə olmayıb. Əsgərliyə də yola saldım".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Deməsək olmaz" proqramında deyib. Aktyor müğənni oğlu Emil Rəhmanoğlunun vəfatından danışıb. O bildirib ki, oğlunun ölümünə pis vərdişlərin səbəb olması yalandır:

"Biz onun pis vərdişlərini gec bildik. Onun dünyasını dəyişməyi bununla əlaqədar deyil. Reabilitasiya mərkəzinə getdi, müalicə oldu. Bizdə genetik ayaqda damar problemi var. Məndə də var. Ayaqda çürümə gedir. Emil trompdan dünyasını dəyişib. Mən də dərman içməsəm, qalmaram. Emil pis vərdişdən vəfat etməyib. Bunun həkim sübutu var".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
axsam.az

1Mənbələr