AZ

Hər kəs qabığını atır, amma… - Kivinin gizli faydası

Həkim Marian Qarsiya bildirib ki, bir çox insan kivi yeyərkən eyni səhvə yol verir.

Ölkə.az xəbər verir ki, o, bu barədə "ABC" nəşrinə müsahibəsində danışıb.

Onun sözlərinə görə, insanların əksəriyyəti kivini qabığını soyaraq yeyir. Halbuki qabıq meyvənin vacib hissəsidir və çoxlu faydalı maddələr ehtiva edir.

Mütəxəssis vurğulayıb ki, kivini qabığı ilə birlikdə yeyən zaman orqanizm 50 faiz daha çox lif, 32 faiz daha çox fol turşusu və 34 faiz daha çox E vitamini qəbul edir. Bundan əlavə, həkim əlavə edib ki, qabıqda hüceyrələri gündəlik zərərlərdən qoruyan bir çox antioksidant var.

Həmidə İbrahimova

Seçilən
2
1
olke.az

2Mənbələr