AZ

Avtomobil tarifləri ilə bağlı Aİ ABŞ danışıqları nəticəsiz başa çatıb

Ayna saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Avropa avtomobillərinə 25 faizlik tarif tətbiq etmək təhdidini aradan qaldırmaqdan imtina edib

Avropa Ticarət Komissarı Maroş Şefçoviç və onun ABŞ-lı həmkarı Ceymison Qrir arasında Parisdə ABŞ-ın Avropa İttifaqı (Aİ) avtomobillərinə tarifləri ilə bağlı bir saatlıq danışıqlar uğursuz olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, Şefçoviç əvvəllər razılaşdırılmış şərtlərə "tez bir zamanda qayıtmağa" çağırıb, lakin Qrir ABŞ Prezidentinin idxal olunan Avropa avtomobillərinə 25% tarif tətbiq etmək təhdidini aradan qaldırmaqdan imtina edib.

Lakin Aİ bu axşam saat 19:00 radələrində Brüsseldə keçirilməsi planlaşdırılan gecə danışıqlarında vəziyyəti öz xeyrinə dəyişmək ümidini itirməyib. Orada Avropa Parlamentinin, Avropa Komissiyasının və Aİ üzv dövlətlərinin nümayəndələri ABŞ ilə razılaşma ilə bağlı mövqeləri razılaşdırmağa çalışacaqlar.

"Trampı neytrallaşdırmağın ən sürətli yolu razılaşma əldə etməkdir", - deyə bir avropalı diplomat “Politico”ya deyib.

Avropa Parlamentinin solçu fraksiyaları "sürətli" razılaşmaya qarşı çıxır və Amerika liderinin açıqlamalarını onun ticarət tərəfdaşı kimi etibarsızlığının əlaməti kimi görürlər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
ayna.az

1Mənbələr