AZ

“Neftçi”, yoxsa “Zirə”? “Sabah” “Qarabağ”ı da özündən aslı hala salıb, onları da!

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Premyer-liqada, demək olar ki, yeganə cavabsız sual 4-cü yerin kimə qismət olacağıyla bağlıdı.Bilindiyi kimi, həmin pillə uğrunda mübarizə “Zirə” ilə “Neftçi” arasında gedir. Sona 3 tur qalmış “ağ-qaralar” 50 xalla 4-cü, “qartallar” 49 xalla 3-cü yerdədi. Yuri Vernidubun komandası qalan matçlarda “Şamaxı”, “Sabah” və “Kəpəz”, Rəşad Sadıqovun komandası isə “İmişli”, “Sumqayıt” və “Araz-Naxçıvan” ilə qarşılaşacaq. İş ondadı ki, qəsəbə təmsilçisi bütün görüşlərdə qalib gəlsə belə, “Neftçi”nin büdrəməsinə ehtiyacı var. Bakılıların çətin keçəcəyi gözlənilən yeganə matç isə çempion “Sabah”a qarşıdı. Düzdü, Masazır təmsilçisinin əsas hədəfə çatması bu oyuna ötəri yanaşacağını düşünməyə səbəb ola bilərdi. Lakin durum tam fərqlidi. Belə ki, “ağ-qaralar”la oyunlarda “Bu şəhər ikimizə dar” mahnısını dəfələrlə səsləndirən Masazır təmsilçisi bu iddiaya uyğun çıxışla yadda qalıb. “Bayquşlar” çempionluq kubokunu məhz bu rəqibə qarşı keçiriləcək ev oyununda başı üzərində qaldıra, uğurunu azarkeşləriylə birgə qeyd edə bilər. Odu ki, meydan sahiblərinin bu matçda ancaq qələbəyə köklənəcəyinə şübhə yoxdu. Bəli, “Sabah” məhz “Neftçi”nin “Qarabağ”ı yenməsi sayəsində sona 4 tur qalmış çempion oldu. Ancaq “ağ-qaralar” mövsümü 4-cü sırada bitirsə, “Sabah” “Zirə”ni kubokun finalında məğlub etsə, prinsipial rəqibinə loru dildə desək, yaxşılıq etmiş olacaq. Bəs, Masazır təmsilçisi “ağ-qaralar” qədər “səxavətli” ola bilərmi? Axı “qızıl dubl”u “Neftçi”nin meydanında rəsmiləşdirmək, mövsümün ikinci kubokunu başı üzərində qaldırmaq ehtirası daha çox alovlandırır. Hər halda, bunu zaman göstərəcək. Reallıq isə “qartallar”ın daha şanslı olduğunu deyir. Təbii ki, iddialı rəqiblərinə başağrısı olan “İmişli”yə, mövsümün böyük hissəsində avrokuboklar uğrunda mübarizə aparan “Sumqayıt” və “Araz-Naxçıvan”a güc gələ bilsələr...Kəsəsi, son sözü “Sabah” deyəcək. Nə qədər qəribə olsa da, indi həm əzəli rəqiblər olan “Qarabağ”la “Neftçi”nin, həm də “Zirə”nin taleyi “bayquşlar”ın əlindədi!KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
icma.az

3Mənbələr