AZ

Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndəsi: Builki müraciətlərin qəbulunun böyük hissəsi avtomatlaşdırılıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”na sənəd qəbulu iyunun 5-dək davam edəcək.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun nümayəndəsi Vüsalə Niftəliyeva “Dövlət Proqramı: Xaricdə təhsildən dayanıqlı karyeraya” adlı tədbirdə deyib. O bildirib ki, namizədlər qeyd olunan tarixdən sonra sistem üzərindən sənəd qəbulu dayandırılacaq və əlavə müraciətlər qəbul olunmayacaq.

Vüsalə Niftəliyeva qeyd edib ki, builki qəbul prosesində müraciətlərin böyük hissəsi avtomatlaşdırılıb: “Proseslərin təxminən 80 faizi sistem üzərindən idarə olunur. Qiymətləndirmə və ilkin yoxlamalar da avtomatik qaydada həyata keçirilir. Tələblərə uyğun olmayan sənədlər sistem tərəfindən geri qaytarılır və bu, insan faktorundan asılı deyil”.

O, namizədlərə Dövlət Proqramı ilə bağlı yenilikləri mütəmadi izləməyi tövsiyə edib: “Rəsmi sosial şəbəkə hesablarımızda bütün vacib məlumatlar paylaşılır. Namizədlərin bu məlumatları diqqətdə saxlaması vacibdir”.

Müxbir – Aysel Azadqızı

Fotoqraf – Azər İbrahimov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr