İtaliyanın Adriatik sahilində yerləşən Punta-Marina şəhərində tovuzquşların artması ciddi problemlərə səbəb olub.
Publika.az xəbər verir ki, bu barıdə yerli media məlumat yayıb.
Bildirilib ki, şəhərdə təxminən 400-ə yaxın tovuzquşu məskunlaşıb və bu, sakinlərin gündəlik həyatını çətinləşdirib.
Şəhər sakinlərinin sözlərinə görə, quşlar küçələrdə sərbəst gəzərək yol hərəkətinə mane olur, avtomobil və evlərin damlarına ziyan vurur.