AZ

“Sirab” sularının qiyməti kəskin artıb MMC səbəbini açıqladı

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bir neçə gündür "Sirab" mineral süfrə sularının qiyməti bahalaşıb.

“AzPolitika” xəbər verir ki, marketlərdə plastik və şüşə qablaşdırmada olan məhsulların həcmindən asılı olaraq 10-15 qəpik qiymət artımı ilə təklif olunur. Bu, ötən ildən bəri “Sirab” MMC-nin ikinci belə qiymət artımıdır. Ötən ilin fevralında satışa suların dəyəri 10-15 qəpik civarında artırılmışdı. Nəticədə bir il ərzində “Sirab”ın təxminən 33 faiz qiymət artımına getdiyi məlum olur.

Bahalaşmanın səbəbi ilə bağlı MMC-dən ictimaiyyətə məlumat verilməyib.

“AzPolitika”nın sorğusuna cavab olaraq isə bildirilib ki, qiymət artımı istehsalatda və daşımalarda yaranmış bahalaşma ilə bağlıdır. Belə ki, suların qablaşdırıldığı kapsulalar xarici ölkələrdən – Türkiyədən, Rusiyadan idxal edilir. Neftin qiymətinin kəskin yüksəlişi ondan hazırlanan digər məhsullar kimi kapsulaların da bahalaşmasına səbəb olub. Bundan əlavə logistika şirkətləri də daşımalarda qiymətləri artırıblar, MMC yaranmış durumda qiymət artımına getməyə məcbur olub.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
75
azpolitika.info

1Mənbələr