“Yuventus”un yarımmüdafiəçisi Kenan Yıldız İspaniyaya yollana bilər.
İdmanxeber.az-ın məlumatına görə, “Real” 20 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir və yayda onunla danışıqlara başlayacaq. Klub prezidenti Florentino Peresin də oyunçunu bəyəndiyi bildirilir.
Kenan Yıldız bu mövsüm A Seriyasında 34 oyunda 10 qol və 6 assistlə diqqət çəkib.