Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Almaniyada Sosial Demokrat Partiyası (SPD), Yaşıllar və Sol Partiya sosial media platforması "X"-dəki dezinformasiyaya qarşı mesaj verməyi hədəflədiklərini açıqlayıblar.
"Cebheinfo.az" xəbər verir ki, açıqlamada "Siyasi müzakirələr cəmiyyətin düzgün məlumatlandırılması ilə güclənir. Lakin X getdikcə dezinformasiyanı təşviq edən bir struktura çevrildi. Bu səbəbdən artıq bu hesabdan istifadə etməyəcəyik" ifadələri yer alıb.
Partiyaların rəsmi hesablarından verilən ortaq bəyanatda ""X" son illərdə xaosa sürüklənib. Siyasi müzakirələr məlumata söykənməlidir, lakin "X" getdikcə dezinformasiyanı stimullaşdırır" deyilib.
"#WirVerlassenX" həştəqi ilə edilən elanlarda hesabların artıq aktiv şəkildə istifadə olunmayacağı bildirilib.
Qərarın yalnız partiya hesablarını deyil, çox sayda siyasətçinin şəxsi hesablarını da əhatə etdiyi qeyd olunub. Lakin hesabların tamamilə silinməyəcəyi, hələlik yalnız fəaliyyətinin dayandırılacağı (dondurulacağı) ifadə edilib.
Xatırladaq ki, Platforma İlon Mask tərəfindən 2022-ci ildə satın alınmış və daha sonra "X" adı ilə yenidən brendləşdirilmişdi. İlon Mask platformada "ifadə azadlığını gücləndirmək" hədəfinin olduğunu müdafiə edir. Son illərdə "X"-in yanlış məlumatla kifayət qədər mübarizə aparmadığı yönündə tənqidlər artarkən, İlon Maskın siyasi mövqeyi də müzakirə mövzusuna çevrilmişdi.
Üç partiya rəqəmsal ünsiyyət üçün alternativ platformalara yönəlməyi planlaşdırır. Bunlar arasında "Bluesky" önə çıxır. Bu qərar "X" istifadəçiləri arasında fərqli reaksiyalara səbəb olub. Bəzi tərəflər qərarı dəstəkləsə də, bəziləri bunu tənqid və lağlağı ilə qarşılayıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.