AZ

ABŞ və İran arasında nüvə razılaşması yaxınlaşır?

ABŞ və İran uranın zənginləşdirilməsinə 10 ildən artıq müddətə moratorium tətbiq edilməsi və yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının ölkədən çıxarılması imkanlarını müzakirə edirlər.

Moderator.az xəbər verir ki, CNN telekanalı bu barədə öz mənbələrinə istinadən xəbər yayıb.

Bildirilir ki, tərəflər hazırda bir səhifəlik fəaliyyət planı üzərində danışıqlar aparırlar.

Sənəddə hərbi əməliyyatların başa çatdığının elan edilməsi və əsas mübahisəli məsələlər - İranın nüvə proqramı, dondurulmuş aktivlərin sərbəst buraxılması və Hörmüz boğazında təhlükəsizlik kimi mövzular üzrə 30 günlük danışıqlar mərhələsinin başlanması nəzərdə tutulur. Plan çərçivəsində uranın zənginləşdirilməsinə uzunmüddətli moratoriumun qoyulması və mövcud ehtiyatların ölkə xaricinə daşınması da diqqət mərkəzindədir.

CNN qeyd edir ki, Ağ Ev Pakistanın vasitəçiliyi ilə Tehranın kompromisə hazır olduğu barədə müsbət siqnal alıb. Bunun ardınca ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında həyata keçirilən "Project Freedom" əməliyyatının dayandırıldığını bəyan edib.

Seçilən
15
1
moderator.az

2Mənbələr