“Çelsi” gələn mövsüm Xavini baş məşqçi təyin edə bilər.
Publika.az xəbər verir ki, “Independent” qəzetinin məlumatına görə, London klubu hazırkı sahiblərinin gəlişindən bəri inkişaf etmiş fəlsəfəni qorumaq niyyətindədir və oxşar prinsiplərə malik məşqçi axtarır.
Xavi ilə yanaşı, “Çelsi” Xabi Alonsonu və “Porto”dan Françesko Fariolini də nəzərdən keçirir. Klub həmçinin Françesk Fabreqasla da maraqlanır, lakin ispaniyalı mütəxəssis bu yay “Komo”dan ayrılmaq niyyətində deyil.