AZ

Elmi konfrans: Heydər Əliyev və Şərq

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 6 may, AZƏRTAC

Mayın 6-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və Şərq” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Konfransı açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycan xalqının xilaskarı olan Heydər Əliyevin milli dövlətçilik ideyasının formalaşmasında müstəsna rolundan danışıb. O, Ulu Öndərin azərbaycançılıq ideologiyasının formalaşmasında xidmətlərindən, elm və təhsilə göstərdiyi qayğıdan bəhs edib, beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətindən söz açıb.

Akademik G.Baxşəliyeva dövlətimizin yeni beynəlxalq münasibətlərinin qurulmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, Ulu Öndərin müstəqillik dövründə hakimiyyətə gələrkən xarici siyasətin başlıca vəzifələrini, istiqamətlərini və prioritetlərini müəyyənləşdirdiyini deyib.

Heydər Əliyevin xarici siyasətində Türkiyə ilə münasibətlərin xüsusi yer tutduğunu deyən akademik G.Baxşəliyeva qardaş ölkələr arasında münasibətlərin Ulu Öndər tərəfindən ifadə edilən “Bir millət, iki dövlət” fikri əsasında qurulduğunu bildirib.

Akademik çıxışında Ulu Öndərin Azərbaycan ilə Yaxın və Orta Şərq ölkələri arasında düzgün münasibətlərin qurulmasına nail olduğunu, Səudiyyə Ərəbistanı, Misir, İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərlə qardaşlıq və dostluq əlaqələri qurmağın Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Prezident Heydər Əliyev tərəfindən diqqətə alındığını qeyd edib.

Konfransda “Heydər Əliyev və Şərq mədəniyyəti”, “Heydər Əliyevin Yaxın Şərq siyasəti (Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması kontekstində)”, “Heydər Əliyev Türkiyə - Azərbaycan qardaşlığının siyasi arxitektoru kimi”, “Azərbaycan-Çin əlaqələrinin formalaşmasında Heydər Əliyevin müstəsna rolu” mövzularında məruzələr dinlənilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
azertag.az

1Mənbələr