AZ

CNN-in qurucusu vəfat etdi – dünya mediasını dəyişən adam həyatdan köçdü

Amerikalı media maqnatı, Ted Turner 87 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, o, müasir media tarixinin ən nüfuzlu simalarından biri hesab olunurdu.

Ted Törner 1980-ci ildə dünyanın ilk 24 saatlıq xəbər kanalı olan CNN televiziya şəbəkəsini yaradaraq xəbər istehlakı modelini kökündən dəyişmişdi. Onun qurduğu sistem sonradan qlobal xəbər yayımında yeni standart formalaşdırdı.

Media sahəsindəki fəaliyyəti ilə yanaşı, Törner xeyriyyəçilik fəaliyyəti ilə də tanınırdı. O, United Nations təşkilatına 1 milyard dollar ianə etmiş və BMT-nin ən böyük fərdi sponsorlarından birinə çevrilmişdi.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr