AZ

Süni intellekt nəzarətdən çıxır? Ekspertlərdən xəbərdarlıq

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Dünya texnologiya nəhəngləri və ekspertlər süni intellektin sürətli inkişafının yarada biləcəyi risklərlə bağlı ciddi xəbərdarlıq ediblər.Demokrat.az xəbər verir ki, mütəxəssislərin fikrincə, süni intellektin təkbaşına və nəzarətsiz tətbiqi gələcəkdə idarəolunmaz bir dünya modelinin yaranmasına səbəb ola bilər.

Məlumatda qeyd olunur ki, süni intellekt modellərinin insan müdaxiləsi olmadan qərar qəbul etmə proseslərinə cəlb edilməsi etik və təhlükəsizlik baxımından böyük suallar doğurur. Ekspertlər bildirirlər ki, bu texnologiyanın mütləq şəkildə hüquqi çərçivəyə salınması və beynəlxalq nəzarət mexanizmlərinin yaradılması zəruridir. Əks halda, "salt süni intellekt" (saf süni intellekt) insan amilini arxa plana keçirərək qlobal miqyasda nəzarəti çətinləşdirəcək.Xatırladaq ki, hazırda dünyanın bir çox ölkələrində süni intellektin tənzimlənməsi ilə bağlı yeni qanunvericilik aktları üzərində iş aparılır.Jalə

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
31
50
demokrat.az

10Mənbələr