AZ

Meta şəklinizə baxıb yaşınızı təyin edəcək Aldatma dövrü bitdi

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"Meta" şirkəti gənc istifadəçilərin təhlükəsizliyini təmin etmək məqsədilə "Instagram" və "Facebook" platformalarında süni intellekt dəstəkli yaş doğrulama sistemini istifadəyə verib.Demokrat.az xəbər verir ki, yeni texnologiya istifadəçilərin təkcə bəyan etdikləri yaşa deyil, platformada paylaşdıqları fotoşəkillər, videolar və ümumi davranışları əsasında formalaşan təxmini yaş profillərinə əsaslanacaq.Şirkət bu sistemin bir üz tanıma texnologiyası olmadığını, əsas hədəfin doğru yaş qrupunu müəyyən etmək olduğunu vurğulayır. Məlumata görə, yaşını olduğundan böyük göstərdiyi müəyyən edilən şübhəli hesablar avtomatik olaraq məhdudiyyətlərin tətbiq edildiyi xüsusi gizlilik kateqoriyasına keçiriləcək.Bu kateqoriyada olan istifadəçilər üçün tanımadıqları şəxslərdən gələn mesajlar və gecə saatlarındakı bildirişlər məhdudlaşdırılacaq. Yeni sistem ilkin mərhələdə Braziliya və Avropa İttifaqı ölkələrində, növbəti aydan isə ABŞ və Böyük Britaniyada aktiv ediləcək.Jalə

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
demokrat.az

1Mənbələr