AZ

Ulu Öndərin mənalı ömür yolunun hər anı unudulmaz tarixdir

Azertag saytına istinadən ain.az xəbər verir.

Şəki, 6 may, AZƏRTAC

Azərbaycanı canı qədər sevən, ürəyi daim xalqının səadəti, xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil və inkişafda görmək istəyən Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq unudulmaz tarixdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin və Yeni Azərbaycan Partiyası Şəki şəhər təşkilatının birgə təşkilatçılığı ilə mayın 6-da Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən “Tarixdə ali insan” adlı tədbirdə səsləndirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, dahi rəhbərə həsr olunmuş sərgiyə baxıblar.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Çıxış edənlər Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, onun zəngin irsinin bu gün də ölkəmizin inkişafına xidmət etdiyini vurğulayıblar.

Tədbirin bədii hissəsində Şəki şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərindən ibarət ansamblın ifasında Ulu Öndərə həsr olunan mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar təqdim olunub.

Müxbir – Mustafa Dadaşov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
azertag.az

1Mənbələr