Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) 2020-ci ildə işıq üzü görən “Kamin” mahnısı gözlənilmədən yenidən populyarlıq qazanıb.
Publika.az xəbər verir ki, buna səbəb sosial şəbəkələrdə yayılan süni intellekt (AI trend) videoları olub.
Videoplatformalarda mahnı əsasən süni intellektlə hazırlanmış mini-seriallarda istifadə olunur. Bu videolarda meyvə və tərəvəzlər – banan, çiyələk, alma və xiyar kimi obrazlar insanlara xas emosiyalarla sevgi, xəyanət və ayrılıq hekayələri yaşayırlar.
Ssenarilər isə adətən oxşar olur. Əvvəlcə cütlük xoşbəxt təsvir edilir, daha sonra qız hamilə olduğunu bildirir, lakin uşağın “başqa meyvədən” olduğu ortaya çıxır. Beləliklə, xəyanət üzə çıxır və bu səhnələr fonunda “Kamin” səslənir.